İspaniyada keçirilən növbədənkənar ümumi seçkilərdə səslərin 53 faizdən çoxu hesablandıqdan sonra Mühafizəkar Xalq Partiyası (Xalq Partiyası) liderlik edir.
Bu barədə krallığın hakimiyyət orqanlarının açıqladığı ilkin məlumatlarda bildirilib.
Məlumata görə, Xalq Partiyası parlamentin aşağı palatası olan 350 yerlik Deputatlar Konqresində 133 mandat əldə edə bilər. Baş nazir Pedro Sançesin İspaniya Sosialist Fəhlə Partiyası hazırda 118 mandat, ifrat sağçı "Vox" partiyası 50, solçu "Geniş Cəbhə" koalisiyası isə 10 mandat qazanır.
Beləliklə, Xalq Partiyası və "Vox" birlikdə parlamentdə yerlərin əksəriyyətini əldə edə bilərlər.
Qeyd edək ki, bundan əvvəl İspaniyada keçirilən növbədənkənar ümumi seçkilərdə səslərin 26 faizdən çoxu hesablandıqdan sonra Xalq Partiyasının liderlik etdiyi bildirilmişdi.