İlon Mask: USAID koronavirus tədqiqatlarını maliyyələşdirib

Amerikalı sahibkar İlon Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) koronavirus pandemiyasına görə məsuliyyət daşıdığını iddia edib.

Mask bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

“USAID bütün dünyada həyatı iflic edən koronavirus tədqiqatlarını maliyyələşdirib!”, – deyə sahibkar yazıb.

Qeyd edək ki, 2025-ci ilin avqustunda ABŞ Dövlət Departamentinin rəhbəri Marko Rubio USAID-in fəaliyyətinə xitam verildiyini açıqlayıb. O, bu qərarın səbəbi kimi agentliyin əsas proqramlarının Dövlət Departamentinin səlahiyyətlərinə verilməsini göstərib.

2026-cı ilin noyabrında isə USAID-in Avromaydan hadisələrindən əvvəlki yeddi il ərzində Ukraynada media qurumlarının və müxtəlif ictimai-siyasi layihələrin dəstəklənməsi üçün 177,3 milyon dollar vəsait ayırdığı məlum olub.

Məlumata görə, 2006-cı ilin oktyabrından 2013-cü ilin noyabrınadək maliyyələşdirmə 35 qrant və müqavilə çərçivəsində həyata keçirilib.