Murad "Pafos"a kömək edə bilmədi

Murad Məmmədov “Pafos”un heyətində növbəti oyununu keçirib.

Onun komandası Cənubi Kipr çempionatının 11-ci turunda “Pafos” “Aris”i (Limassol) qəbul edib.

Görüşə ehtiyat oyunçular skamyasında başlayan Murad 17-ci dəqiqədə meydana çıxıb.

Bu matçda 1:0 hesabı ilə uduzan "Pafos" 19 xalla 6-cı sıradadı.