APA-nın məlumatına görə, hadisə rayonun Nəvahi kəndində qeydə alınıb.
Belə ki, kənd sakinləri, 1965-ci il təvəllüdlü Güldənə Məmmədova və 1994-cü il təvəllüdlü Məleykə Məmmədova yaşadıqları fərdi yaşayış evində dəm qazından zəhərləniblər.
Onlar zəhərlənmə diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdiriliblər.
Hər iki şəxsin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.