Məşhur serialların aktyoru küçələrdə yaşayır

Bir vaxtlar məşhur televiziya seriallarında rol alan azərbaycanlı aktyor Şahin Nəsirovun hazırda ağır həyat şəraiti ilə üzləşdiyi və küçələrdə yaşadığı bildirilir.

Bu barədə aktrisa Rada Nəsibova sosial şəbəkə hesabında paylaşım edib.

O, aktyorun indiki vəziyyətini əks etdirən video ilə rastlaşdığını bildirərək bundan təəssüfləndiyini qeyd edib.

Instagram paylaşımıinstagram.com/reel/DgUkv6yCkG3/

Paylaşımda Şahin Nəsirovun əvvəllər seriallardan tanındığını, hazırda isə yoxsulluq səbəbindən küçə həyatı yaşadığı qeyd olunub.

Bildirək ki, 1968-ci il təvəllüdlü Şahin Nəsirov "Həyat sən nə qəribəsən" və "Hörümçək toru" kimi tanınmış seriallarda rol alıb.