“Qarabağ” “Sumqayıt”ı məğlub edib

Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.

Günün ilk oyununda “Şamaxı” doğma meydanda “Qəbələ”ni qəbul edib. Şamaxı şəhər stadionunda keçirilən görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər matçında “Qarabağ” “Sumqayıt”la qarşılaşıb. Ağdam təmsilçisi rəqibini 4:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, turun daha əvvəl keçirilmiş oyunlarında “İmişli” “Şəfa”ya 1:3 hesabı ilə uduzub. “Neftçi” “Zirə”ni 1:0, “Turan Tovuz” “Kəpəz”i 2:1, “Sabah” isə “Araz-Naxçıvan”ı 2:0 hesabı ilə məğlub edib.