İngiltərə Premyer Liqasının 12-ci turunda "Liverpul" səfərdə "Everton"la qarşılaşıb.
Mersisayd derbisi 1:1 hesabı ilə başa çatıb.
Qonaqlar 5-ci dəqiqədə Florian Virtsin ötürməsindən sonra Dominik Soboslainin qolu ilə hesabı açıblar. 25-ci dəqiqədə isə "Liverpul"un yarımmüdafiəçisi Ceremi Frimponq avtoqol müəllifi olub.
Bu nəticədən sonra "Liverpul" 22 xalla turnir cədvəlinin dördüncü pilləsində qalıb. "Everton" isə 17 xalla İngiltərə çempionatında səkkizinci pilləyə yüksəlib.