Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb

Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində, kənar yolda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Qəza səbəbindən əsas və kənar yolda hər iki istiqamətdə sıxlıq yaranıb. Hazırda polis sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görür.