Rusiya pilotsuz uçuş aparatları (PUA) ilə Odessanın cənub-qərbində, Qara dəniz akvatoriyasında Ukrayna ordusu üçün hərbi yüklər daşıyan quru yük gəmisinə zərbə endirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu gün günorta saatlarında Rusiya Federasiyasının Silahlı Qüvvələri hərbi-sənaye kompleksi, enerji infrastrukturu obyektlərinə, eləcə də Ukrayna Silahlı Qüvvələrinin maraqları naminə istifadə edilən gəmiyə pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Zərbələr nəticəsində Qara dəniz akvatoriyasında, Odessanın cənub-qərbində Ukraynaya hərbi təyinatlı yüklər çatdıran quru yük gəmisi vurulub”, – məlumatda bildirilib.