"Stansiya Qala" adlanan ərazidə yerləşən yerüstü piyada keçidində təhlükəli vəziyyət yaranıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Oradan keçən sakin bildirib ki, keçidin orta hissəsində döşəmə örtüyü qırılıb və açıq sahə əmələ gəlib. Bu isə piyadaların hərəkəti üçün ciddi təhlükə yaradır.
Hadisəni əks etdirən video sosial şəbəkələrdə paylaşılıb.