“Vankuver” azarkeşi “İnter Mayami”nin ulduz futbolçusu Lionel Messiyə Kriştianu Ronaldonun formasını göstərib.
Argentinalı hücumçu azarkeşin bu addımını cavabsız qoymayıb.
Belə ki, tribunadan ona Ronaldonun formasının uzadıldığını görən Messi barmağı ilə özünü göstərərək “Mən 1 nömrəyəm!” deyə qarşılıq verib.
Onun bu reaksiyası sosial şəbəkələrdə qısa zamanda gündəm olub.
Daha sonra həmin görüntülərin 2025-ci ilə aid olduğu məlum olub.