Maşın ağaca çırpıldı - Sürücü xəsarət aldı

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Gəncə-Daşkəsən yolunun rayon Yeni Qızılca kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə minik maşını yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı 1994-cü il təvəllüdlü sürücü Bayramov Elvin xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.