Qazaxıstanda azərbaycanlıya məxsus yük maşını YANDI

Noyabrın 29-da Qazaxıstanın Jetısu vilayətində Azərbaycan vətəndaşının idarə etdiyi yük avtomobilində yanğın baş verib, lakin polislərin müdaxiləsi ilə alovun böyüməsinin qarşısı alınıb.

Hadisə respublika əhəmiyyətli "Almatı - Ust-Kamenoqorsk" avtomobil yolunun 557-ci kilometrliyində qeydə alınıb.

Çindən Azərbaycana beynəlxalq yük daşıyan nəqliyyat vasitəsinin qoşqusundan qatı tüstü və alovun çıxdığını görən patrul polisi əməkdaşları dərhal hərəkətə keçiblər. Onlar sürücü ilə birlikdə yanğınsöndürən balonların köməyi ilə alovu söndürməyə nail olublar.

Hüquq-mühafizə orqanı əməkdaşlarının operativ müdaxiləsi nəticəsində yanğının yük bölməsinə və kabinəyə keçməsinin qarşısı alınıb. Hadisə zamanı sürücü xəsarət almayıb, daşınan yüklərə ziyan dəyməyib. (Bizim.media)