Yəmən hökumət qüvvələri husilərin mövqelərinə hava zərbələri endirdi

Yəmən hökumət qüvvələri Təiz əyalətində husilərə məxsus hərbi obyektlərə qarşı bir neçə hava hücumu həyata keçirib.

Bu barədə Yəmən hökumət qüvvələri məlumat yayıb.

Bildirilib ki, zərbələr Təiz şəhərinin qərbində yerləşən Xan dağı və Zubab ətrafındakı husilərin mövqelərini hədəf alıb. Həmçinin əyalətin cənubundakı əl-Məsrax rayonunda qruplaşmanın əlavə qüvvələrinin yerləşdiyi əraziyə hava hücumu təşkil edilib.

Bundan başqa, koalisiya qüvvələri əl-Məsrax rayonunun əl-Məxaf kəndində husilərə məxsus mövqeləri də bombalayıb.