Rusiya Müdafiə Nazirliyi Dnepropetrovsk vilayətində yerləşən Kolomiitsı yaşayış məntəqəsinin azad edilməsini əks etdirən görüntülər yayıb.
Rusiya Müdafiə Nazirliyinə istinadən, əməliyyat “Vostok” (“Şərq”) qoşun qruplaşmasının tərkibindəki 29-cu Ümumqoşun Ordusunun 656-cı motoatıcı alayının hücum bölmələri tərəfindən həyata keçirilib.
Bildirilib ki, bölmələr Volçya çayını keçərək düşmənin müdafiə xəttini yarıb və yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər.