Azərbaycan taekvondoçuları Avropa birinciliyində iki medal qazandı - FOTO

Rumıniyanın paytaxtı Buxarest şəhərində taekvondo üzrə yeniyetmələr arasında keçirilən Avropa birinciliyində Azərbaycanın iki idmançısı bürünc medala sahib çıxıb.

Bu barədə Azərbaycan Taekvondo Federasiyasından bildirilib.

Yarışda 29 kq çəki dərəcəsində mübarizə aparan Əsma Abdullazadə və 65 kq-da çıxış edən Yusif Nağızadə üçüncü yeri tutublar.