"Hörmüz boğazı İranın şərtləri yerinə yetirilənədək bağlı qalacaq"

Bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İrani deyib.

Onun sözlərinə görə, boğaz qarşı tərəf İran xalqı ilə hörmətlə davranmalı olduğunu anlayana və onun mövqeyini tanıyana qədər bağlı saxlanılacaq. Komandan Qərbi Asiyada təhlükəsizliyin bərpası üçün regiondakı reallıqların nəzərə alınmasının və yanlış addımlardan çəkinilməsinin vacibliyini vurğulayıb.

Ş.İrani 1980-ci ildə keçirilən “Morvarid” əməliyyatının bu gün dənizdə təkrarlandığını, lakin hazırkı prosesin coğrafi miqyas və hərbi texnika baxımından əvvəlkindən daha mürəkkəb olduğunu qeyd edib.

Qeyd edək ki, “Morvarid” (“Mirvari”) 1980-ci il noyabrın 28–29-da İran–İraq müharibəsi zamanı İranın Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin Fars körfəzində İraq donanmasına və neft terminallarına qarşı keçirdiyi birgə hərbi əməliyyatdır.(Teleqraf)