Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yola düşüb.
Pakistan Ordusunun hərbi kontingenti ikitərəfli müdafiə əməkdaşlığı çərçivəsində Səudiyyə Ərəbistanına göndərilib.
Şənbə günü keçirilən yolasalma mərasimində Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif, Səudiyyə Ərəbistanının İslamabaddakı səfiri Racih Tami Əlbuqami və yüksək rütbəli hərbçilər iştirak ediblər.
Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Xidmətinin (ISPR) məlumatına görə, bu addım Krallığın suverenliyi, ərazi bütövlüyü və müqəddəs məkanların təhlükəsizliyinin qorunmasına sadiqliyi əks etdirir.
Hərbçilərin yaranan təhlükəsizlik təhdidləri fonunda Səudiyyə Ərəbistanının müdafiə qabiliyyətini gücləndirmək üçün Krallıq ərazisində xidmət aparacağı bildirilib.
Qeyd edək ki, bu göndəriş avqust ayında Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında imzalanmış "Məkkə Müdafiə Alyansı" paktının iclasından dərhal sonraya təsadüf edir.
X paylaşımıDeputy Prime Minister/Foreign Minister Senator Mohammad Ishaq Dar @MIshaqDar50 held a press briefing in Islamabad today following the successful conclusion of the Second Meeting of the Strategic Political and Defence Committee (SPDC), under the Makkah Agreement for Joint Defence. //t.co/UrzeAjfD9xx.com/ForeignOfficePk/status/2126349495365693917