Yollarda görünüş məsafəsi 500 m-dək məhdudlaşıb

Noyabrın 29-u saat 11:00-a olan məlumata görə ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Quba, Qusar, Naxçıvanda 1 mm-dək olub. Şəmkir, Lerik, Yevlax duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10° isti, Naxçıvan MR-də 4° şaxtadan 2°-dək isti, Aran rayonlarında 3° isti, dağlıq ərazilərdə 1°-dək isti qeydə alınıb.