Azərbaycanda noyabrın 29-da hava şəraiti, əsasən, yağmursuz olub.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin saat 11:00-a olan məlumatında qeyd edilib.
Bildirilib ki, Quba, Qusar və Naxçıvanda 1 mm-dək yağıntı qeydə alınıb.
Şəmkir, Lerik və Yevlaxda duman müşahidə olunur. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10 dərəcə isti, Naxçıvan Muxtar Respublikasında 4 dərəcə şaxtadan 2 dərəcəyədək isti, Aran rayonlarında 3 dərəcə isti, dağlıq ərazilərdə isə 1 dərəcəyədək isti olub.