Cəlilabadda fərdi yaşayış evi yanaraq külə döndü - Anbaan video

Cəlilabad rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Hadisə rayonun Cəfərli kəndində qeydə alınıb.

Kənd sakini Mirsayid Məmmədova məxsus birmərtəbəli fərdi yaşayış evində qəfil başlayan yanğın qısa müddətdə genişlənib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb edilsə də, evi yanğından xilas etmək mümkün olmayıb. Nəticədə yaşayış evi tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Sabutay, Bizim.Media, Cənub bürosu