Türkiyədə onlayn mağazadan verdiyi sifarişi təhvil almaq üçün binanın aşağısına düşən qadın ünvan üstündə mübahisə etdiyi kuryerin hücumuna məruz qalıb.
Zərərçəkənin qızının sözlərinə görə, ünvanı tapa bilməyən kuryer anasına 6–7 dəfə zəng vurub, sonuncu danışığında isə onu təhqir edərək dəstəyi asıb.
Daha sonra bağlamaları binanın arxa qapısına qoyduğunu deyərək qadını aşağı çağırıb.
Təhlükəsizlik kamerasına düşən kadrlarda kuryerin sifarişi götürməyə düşən qadına yumruqla zərbə endirdiyi, onun yerə yıxıldığı və hücum edən şəxsin heç nə olmamış kimi ərazidən uzaqlaşdığı əks olunub.
Zərbələr nəticəsində huşunu itirən qadının burnu və dişinin sındığı bildirilib. Zərərçəkən üçün tibbi ekspertiza rəyi alınıb və kuryer barəsində hüquq-mühafizə orqanlarına şikayət ərizəsi təqdim edilib.