Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi 301 min şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsinin yenilənmə vaxtının çatdığını açıqlayıb.
Nazir bu barədə "Akit TV"nin canlı yayımında gündəmlə bağlı sualları cavablandırarkən bildirib.
2017-ci ildə verilməyə başlanan biometrik şəxsiyyət vəsiqələrinin 10 illik istifadə müddətinə diqqət çəkən M.Çiftçi vətəndaşları sənədlərinin son etibarlılıq tarixini yoxlamağa çağırıb:
"301 min şəxsiyyət vəsiqəsi, eləcə də sürücülük vəsiqəsinin yenilənmə vaxtı çatıb. Onların son istifadə tarixi var — qoy vətəndaşlarımız ora baxsınlar və cərimə vəziyyətinə düşməmək üçün hələ vaxt varkən sənədlərini yeniləsinlər".
Nazir verilişdə həmçinin terrorla mübarizə, rəqəmsal dələduzluğa qarşı "Dolunay" layihəsi, suriyalı miqrantların ölkələrinə qayıdışı və Qəzzaya humanitar yardımlarla bağlı da son statistik məlumatları bölüşüb.