17,5 milyarddan 1,2 milyarda

Amerikalı milyarder Karl Aykanın sərvəti son üç il ərzində 90 faizdən çox azalıb.

Bu, "Forbes" jurnalının milyarderlər reytinqində öz əksini tapıb.

2023-cü ildə iş adamının sərvəti 17,5 milyard dollar qiymətləndirilirdisə, hazırda bu rəqəm cəmi 1,6 milyard dollardır. "Bloomberg" agentliyinin məlumatına görə, cari ilin noyabrında Aykanın aktivlərinin dəyəri daha da aşağı düşərək 1,2 milyard dollara çatıb. Bu isə 93 faizdən çox azalma deməkdir.

"Bloomberg" nəşrinin ekspertləri kapitalın belə kəskin dəyər itirməsinin əsas səbəbi kimi onun biznesinə təzyiq göstərən artan borc yükünü göstərirlər.