Alimlər insanların gün ərzində hansı fəaliyyətlərə nə qədər vaxt ayırdıqda özlərini daha xoşbəxt hiss etdiklərini araşdırıblar.
Nəticələrə görə, ailə ilə gündə 6 saatdan çox vaxt keçirmək, dostlarla 1-2 saat görüşmək və aktiv istirahətə üstünlük vermək həyat məmnunluğunu artıran amillərdəndir.
Araşdırmada müəyyən edilib ki, gündə 6 saatdan artıq işləmək xoşbəxtlik hissinin azalması ilə əlaqəlidir. Eyni zamanda, ev işlərinə 45 dəqiqədən çox vaxt ayırmamaq, televizor və digər ekranlar qarşısında uzun müddət oturmaq əvəzinə gəzinti, idman və sosial ünsiyyətə üstünlük vermək tövsiyə olunur.
Tədqiqatçılar bildirirlər ki, xoşbəxt günün əsas şərti iş və şəxsi həyat arasında düzgün tarazlıq yaratmaqdır. Bununla belə, göstərilən vaxt bölgüsü hər kəs üçün məcburi norma deyil. İnsanın yaşı, sağlamlığı, ailə vəziyyəti və iş şəraiti ideal günün necə keçəcəyinə təsir göstərir.