Netanyahu baş nazir postunu müxalifət liderinə təklif etdi

İsrailin Baş naziri Benyamin Netanyahu milli birlik hökumətinin yaradılması məqsədilə “Yaşar” partiyasının lideri Qadi Ayzenkota baş nazir postunu təklif edib.

Təklifə əsasən, hakimiyyətin rotasiyasının ilk mərhələsində hökumətə Ayzenkot rəhbərlik edəcək, Netanyahu isə müvəqqəti olaraq baş nazirin müavini vəzifəsini tutacaq.

Netanyahu bu təklifini təhlükəsizlik təhdidləri fonunda siyasi qüvvələrin birləşməsinin zəruriliyi ilə əsaslandırıb və Ayzenkotu dərhal danışıqlara başlamağa çağırıb.

Ayzenkot isə cavabında Netanyahunu bu gün axşam danışıqlara dəvət edib. O bildirib ki, Netanyahu hakimiyyətin rotasiyası ilə bağlı təklifinin səmimiliyini sübut etmək üçün 24 saat vaxt qazanıb.