Siyəzən şəhəri yaxınlığında iki azyaşlı Taxtakörpü-Ceyranbatan su kanalına düşüb.
AZƏRTAC-a istinadla, hadisə uşaqlar kanalın kənarında oynayan zaman baş verib.
Onlardan Ömər Vüsal oğlu Zeynallı sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib. Hüseyn Ceyhun oğlu Allahverdiyevin isə axtarışları davam etdirilir.
Axtarış-xilasetmə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunublar.