Azərbaycanda şair vəfat etdi

Cəlilabadın tanınmış şairi, yazıçı-publisist və veteran jurnalist Sakit Orduxanlı (Sakit Şükür oğlu Abdullu) dünyasını dəyişib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir, o, bu gün 65 yaşında vəfat edib.

Qeyd edək ki, Sakit Orduxanlı 1961-ci il sentyabrın 5-də Cəlilabad rayonunun Cəfərli kəndində anadan olub. Orta təhsilini Biləsuvar rayonunda başa vurduqdan sonra Cəlilabad Sovxoz Texnikumunda təhsil alıb. Uzun illər Cəlilabad rayonunun ictimai-mədəni və ədəbi mühitində fəal iştirak edib, mətbuat sahəsində çalışıb.