Belə övlada miras buraxmaram – Mahsun Qırmızıgül

Türkiyəli müğənni və aktyor Mahsun Qırmızıgül miras bölgüsü ilə bağlı açıqlaması ilə diqqət çəkib.

Müğənni ailələrdə miras üstündə yaranan mübahisələrdən danışaraq ataların sağlığında əmlaklarını övladları arasında bərabər bölüşdürməsinin vacibliyini vurğulayıb.

“Ailənin böyüyü dünyasını dəyişəndə övladlar təəssüf ki, bir-birinə düşmən kəsilir. Əslində, atalar sağlığında bunu edə bilsə, heç bir problem yaranmaz. Övladların bir-birinə düşmən kəsilməməsi üçün mirasın əvvəlcədən bərabər bölünməsi lazımdır. Elə övladlar var ki, atalarının ölməsini, mirasa sahib çıxmağı gözləyirlər. Bu da böyük vəfasızlıqdır. Mən olsam, belə övlada heç nə qoymaram”, - deyə Mahsun bildirib.