Tailandın bəzi çaylarında arsenin miqdarının normadan 28 dəfə çox olduğu aşkarlanıb.
Təhlükəli çirklənmə ölkənin şimalındakı su hövzələrində hələ 2025-ci ilin əvvəlində qeydə alınıb.
Xüsusilə raftinq və dağ yürüşü həvəskarları arasında populyar olan Çianqray və Çianqmay əyalətlərindəki çaylarda çimmək təhlükəli hesab olunur.
Arsen krevetlərdə, molyusklarda və kənd təsərrüfatı bitkilərində də aşkarlanıb. Nəticədə balıqlar arasında kütləvi tələfat başlayıb. Zəhərli maddə yerli sakinlərin orqanizmində də aşkar edilib.