Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov və ABŞ-nin Özbəkistandakı səfiri Conatan Henik görüş zamanı investisiya əməkdaşlığının inkişafını və birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər.
Bu barədə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi məlumat yayıb.
"İki ölkə arasında ticari-iqtisadi və investisiya əməkdaşlığının daha da inkişaf etdirilməsi, eləcə də qarşılıqlı ticarət həcminin artırılması məsələləri müzakirə olunub", - məlumatda bildirilib.
Tərəflər prioritet sahələrdə birgə investisiya layihələrinin təşviqi, aparıcı ABŞ şirkətləri ilə praktiki qarşılıqlı fəaliyyətin gücləndirilməsi və yeni təşəbbüslərin reallaşdırılması perspektivlərini nəzərdən keçiriblər.