Azərbaycanda İkinci Dünya müharibəsi veteranı vəfat etdi

Böyük Vətən müharibəsi iştirakçısı vəfat edib.

Lent.az-ın verdiyi xəbərə görə, Cəlilabad rayonunun ən yaşlı sakinlərindən biri, İkinci Dünya müharibəsi veteranı Əbiş Zamanov vəfat edib.

Qeyd edək ki, 1923-cü ildə Cəlilabad rayonunun Astanlı kəndində dünyaya gələn Əbiş Zamanov 1942-ci ildə müharibəyə yollanıb.

O doğulduğu kənddə dəfn ediləcək.