Xalq artisti 54 il əvvələ aid fotosunu paylaşdı

Xalq artisti, tanınmış bəstəkar Eldar Mansurov sosial şəbəkə hesabında arxiv fotosunu yayımlayıb.

Sənətçinin izləyiciləri ilə bölüşdüyü nadir kadr 1972-ci ildə çəkilib. Foto bəstəkarın tələbəlik dövrünə aiddir.

Eldar Mansurov paylaşımında görüntünün Asəf Zeynallı adına Musiqi Məktəbinin qarşısında, o vaxtkı Qorki küçəsində lentə alındığını bildirib. Həmin vaxt bəstəkar təhsilinin dördüncü kursunda oxuyurmuş.

Arxiv fotosu sənətçinin gənclik illərinə səyahət etməsinə səbəb olub.