Ağsuda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.az-a istinadən, hadisə şəhər ərazisində qeydə alınıb.
Rayon sakini Ələddin Qədirovun idarə etdiyi VAZ-2106 və Simran Əhmədlinin sükanı arxasında olduğu "Ford Transit" markalı avtomobillər toqquşub.
Nəticədə VAZ-ın sürücüsü xəsarət alıb, sərnişini olan arvadı, 60 yaşlı Məlahət Qədirova isə hadisə yerində ölüb.
Faktla bağlı polis tərəfindən araşdırmalar aparılır.