Noyabrın 27-də axşam saatlarında Ağsu şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ələddin Qədirovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Simran Əhmədlinin idarə etdiyi “Ford Transit” markalı nəqliyyat vasitəsi toqquşub.
Qəza nəticəsində “VAZ-2106”nın sürücüsü xəsarət alıb. Avtomobildə sərnişin qismində olan onun həyat yoldaşı, 60 yaşlı Məlahət Qədirova isə hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.