Ukrayna müharibənin 1739-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 650 986 hərbçi, 12 517 ədəd tank, 26 038 ədəd zirehli döyüş maşını, 52 900 ədəd artilleriya sistemi, 2 312 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 782 hava hücumundan müdafiə sistemi, 456 ədəd hərbi təyyarə, 356 ədəd helikopter, 3 253 ədəd yerüstü robot-texnika kompleksi, 623 676 ədəd PUA, 181 327 ədəd avtomobil texnikası, 5 278 qanadlı raket, 36 gəmi/kater, 2 sualtı qayıq, 4 958 xüsusi avadanlıq itirib.