Hörmətli cənab Prezident!

Bir Azərbaycan gənci olaraq Sizə təşəkkürümü sadəcə sözlə deyil, qürur hissi ilə ifadə etmək istəyirəm.

Bu gün dünyada Azərbaycan adının hörmət və ehtiramla çəkilməsi, dövlətimizin öz sözünü deməsi və müstəqil qərarlar verməsi bizim üçün böyük fəxrdir. Bizə güclü dövlətin vətəndaşı olmağın qürurunu yaşatdığınız üçün Sizə minnətdaram.

İnanıram ki, Azərbaycanın gələcəyi daha böyük uğurlarla yazılacaq.

Hörmətlə,

Əli Nəcəfov

Azərbaycan Respublikası, Salyan rayonu, Aşağı Noxudlu kəndi.