İslandiyanın "Vikinqur" klubunun qapıçısı İnqvar Yonsson 37 yaşında vəfat edib.
Bu barədə futbol klubu rəsmi açıqlama yayıb.
Məlumata görə, təcrübəli qolkiper onkoloji xəstəlikdən əziyyət çəkirmiş.
Qeyd edək ki, Yonsson 2020-ci ildən "Vikinqur"un şərəfini qoruyub. Bu müddət ərzində o, klubun heyətində 176 oyuna çıxıb. Təcrübəli qapıçı İslandiya millisinin də şərəfini qoruyub, 2016-cı ildə keçirilən Avropa çempionatında (AÇ-2016) yığmanın heyətində yer alıb.