Dünyada ilk: Nadir pinqvinin balası süni mayalanma ilə əldə edildi

Yaponiyanın Vakayama prefekturasında yerləşən "Adventure World" zooparkının mütəxəssisləri süni mayalanma üsulu ilə nəsli kəsilmək təhlükəsi altında olan şimal kəkilli pinqvininin balasını uğurla əldə ediblər.

Bu dünyada bu növ pinqvinlər üzərində həyata keçirilən ilk uğurlu süni mayalanma hadisəsidir.

Şimal kəkilli pinqvinlərinin əsas fərqləndirici xüsusiyyəti başlarındakı sarı rəngli dekorativ lələklərdir.

Son onilliklərdə iqlim dəyişikliyi səbəbindən bu növün sayı sürətlə azalır və o, Beynəlxalq Təbiəti Mühafizə İttifaqı tərəfindən nəsli kəsilməkdə olan növ kimi "Qırmızı kitab"a daxil edilib. Zoopark rəhbərliyi bala böyüyüb müstəqilləşən kimi onu geniş ictimaiyyətə təqdim edəcəyini vəd edib.