Mürsəl İbrahimov yeni rəis təyin etdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Mingəçevir şəhər şöbəsinə yeni rəis təyin edilib.

Yurd.media-ya istinadla, bununla bağlı Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polkovnik-leytenant Ramil Qarayev təyin olunub.

O, bundan əvvəl Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi vəzifəsində çalışıb.