Azərbaycan və Estoniya arasında 8 sənəd üzrə iş aparılır

Azərbaycan və Estoniya arasında müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Hazırda iki ölkə arasında 16 sənəd mövcuddur, daha 8 sənəd üzrə isə müvafiq proseslər həyata keçirilir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə birgə mətbuat konfransında bildirib.

Nazir yaxın gələcəkdə həmin sənədlərlə bağlı da müsbət nəticələrin əldə olunacağına ümid etdiyini vurğulayıb. Bildirib ki, ölkələrimiz arasında müqavilə bazasını formalaşdıran hazırda 16 sənəd mövcuddur və 8 sənəd üzərində də işlər davam etdirilir.