Bu gün Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və estoniyalı həmkarı Marqus Tsaxna arasında təkbətək görüş başa çatıb.
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, daha sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Estoniyanın xarici işlər naziri Marqus Tsahkna arasında təkbətək görüş başlayıb.
Görüş Azərbaycan Xarici İşlər Nazirliyində keçirilir.
***
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan estoniyalı həmkarı Marqus Tsaxnanı qarşılayıb.
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) sosial media hesabında paylaşım edilib.