Hindistanda meymunlar Tac-Mahalın ərazisini “ələ keçirərək” turistlərə hücum edib.
Bu barədə Hindistan mediası məlumat yayıb.
Məlumata görə, heyvanlar məşhur abidənin şərq, qərb və kral qapılarının ətrafında toplaşıblar.
Qeyd edək ki, ötən həftə də meymunlar iki turistə hücum edərək onları dişləyib. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.