"İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar

İtaliyanın bir neçə aparıcı klubu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Lorenzo Mezzotero ilə maraqlanır.

Report-a istinadən, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Onun sözlərinə görə, "İnter", "Yuventus", "Napoli", "Fiorentina", "Komo", "Sassuolo" və "Montsa" hazırda "Sampdoriya"da çıxış edən 18 yaşlı hücumçunu izləyirlər.

Xatırladaq ki, bu il Azərbaycanın U-21 millisinə cəlb olunan Lorenzo Mezzotero "Sampdoriya"nın heyətində son 4 oyunda 4 qola imza atıb.