Sumqayıtda ildə 110 milyon kağız kisə istehsal edəcək müəssisə qurulacaq

“FT Uerxauzinq Kompani” MMC Sumqayıt Sənaye Parkında qida məhsullarının çeşidlənməsi və qablaşdırılması üzrə 18,5 milyon manatlıq layihə həyata keçirəcək.

Layihə çərçivəsində 100 yeni iş yerinin yaradılması planlaşdırılır.

Şirkətə Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib.

Açıqlamanın verildiyi tarixədək parkda 42 sahibkarlıq subyekti rezident statusu alıb. Onların layihələrinin ümumi investisiya həcmi 6,8 milyard manat təşkil edib. Parka faktiki olaraq 5,7 milyard manatdan çox sərmayə yatırılıb və 6 mindən artıq daimi iş yeri yaradılıb.