Milyarder ailəsində böyüdü, 25 il sonra multimilyoner valideynlərini tapdı – Film kimi həyat hekayəsi

Uşaq vaxtı oğurlanan Mey Çjitsyan milyarderlər ailəsində böyüyüb, 25 il sonra isə multimilyoner olan doğma valideynlərini tapıb.

Xarici mətbuata istinadən, Mey Çjitsyan 1997-ci ilin iyul ayında, iki yaşından bir qədər böyük olarkən oğurlanıb.

Bir neçə dəfə satıldıqdan sonra onu Futszyan əyalətindən olan varlı bir ailə övladlığa götürüb.

Bioloji valideynləri bütün bu illər ərzində oğullarının axtarışlarını dayandırmayıblar və hətta onun üçün ayrıca ev də alıblar. 2022-ci ildə nəhayət onlar öz övladlarının izini tapıblar. Aparılan DNT ekspertizası qohumluq əlaqəsini təsdiqləyib və bundan sonra gənc oğlan doğma ailəsinə qovuşub.