"Voyacer 1" kosmik zondu Yerə elmi məlumatların ötürülməsini dayandırıb. Aparat məlumatların əvəzinə yalnız boş daşıyıcı siqnal ötürür.
Bu barədə NASA-dan məlumat verilib.
“Bu, zondun bort kompüterdə nasazlıqdan xəbər verə bilər. Hazırda zondun 10 cihazından yalnız ikisi işlək vəziyyətdədir. Qalanları isə enerjiyə qənaət etmək məqsədilə söndürülüb”, - məlumatda qeyd olunub.
Bildirilib ki, problem noyabrın 14-də aşkar edilib.
Qeyd edək ki, “Voyacer 1” 1977-ci ilin sentyabrında kosmosa göndərilib və hazırda Yerdən 1 işıq günü (26 milyard km) uzaqlıqdadır.