Ağsuda üzərinə ağac düşən uşaq öldü

Ağsuda 6 yaşlı uşaq üzərinə ağac düşməsi nəticəsində ölüb.

2020-ci il təvəllüdlü Ramal Ehtiram oğlu Abdullayev Ağsu rayonunda atasına məxsus torpaq sahəsində xırdabuynuzlu heyvanları otararkən güclü külək nəticəsində çinar ağacı qırılaraq üzərinə düşməsi nəticəsində dünyasını dəyişib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. /Qafqazinfo