Yaş saçlarla yatmaq hansı fəsadlar verə bilər? - Həkimdən xəbərdarlıq

Yaş saçla yatmaq sağlamlıqla bağlı bir sıra problemlərin yaranmasına səbəb ola bilər.

Bu barədə trixoloq Rafael de Kristo "Terra" nəşrinə müsahibəsində danışıb.

O bu vərdişin mümkün fəsadları barədə xəbərdarlıq edib.

"İsti və rütubətli mühit yuxu zamanı zəif havalandırma ilə birlikdə mikroorqanizmlərin çoxalmasına və buna meyilli insanlarda baş dərisi problemlərinin yaranmasına səbəb ola bilər. Bundan əlavə, yaş saçlar tökülməyə və qırılmağa daha çox meyilli olur", - deyə Rafael de Kristo izah edib.

Həkim yatmazdan əvvəl saçlarını yumağa üstünlük verən insanlara bir neçə məsləhət verib. O, saçlardakı artıq suyu saçları sürtmədən yumşaq dəsmalla hopdurmağı, daha sonra isə saçları heç olmasa bir qədər fenlə qurutmağı tövsiyə edib. Bu zaman feni başdan təhlükəsiz məsafədə saxlamaq və orta temperatur rejimindən istifadə etmək məsləhət görülür.

Rafael de Kristo həmçinin yaş saçları topuz şəklində yığmamağı, eləcə də yastıq üzlərini müntəzəm olaraq yumağı tövsiyə edib. /oxu.az/