"Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI

Gürcüstanın Batumi şəhərində "Beşiktaş" və "Hapoel Beer-Şeva" komandaları arasında keçirilən UEFA Avropa Liqasının oyunundan sonra azarkeşlər arasında qarşıdurma yaşanıb. Hadisələrlə bağlı 16 nəfər saxlanılıb, üç polis əməkdaşı xəsarət alıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirib ki, Avropa Meydanından stadiona yürüş zamanı bəzi azarkeşlər ictimai asayişi pozaraq polisin qanuni tələblərinə tabe olmayıblar. Gərginlik stadionda da davam edib. Polis qarşıdurmanın qarşısını almaq üçün xüsusi vasitələrdən istifadə edib.

X paylaşımıTurkish fans attack Georgian police after they entered the stands to confiscate illegal Palestinian flags during the UEFA Europa League match between Beşiktaş (Turkey) and Hapoel Beer Sheva (Israel) in Batumi, Georgia https://t.co/E75YHZDV8dx.com/visegrad24/status/2126057829262119370

Nazirlik polisin müdaxiləsinin Fələstin bayraqları və pankartların nümayişi ilə bağlı olması barədə iddiaları təkzib edib.

X paylaşımıGürcistan polisi, bir taraftarımızı yumrukla bayılttı. https://t.co/7yTOeeicIUx.com/bbosports/status/2126022860426891731

Qarşılaşma isə "Beşiktaş"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra Türkiyə klubu 10 xalla turnir cədvəlinin 7-ci pilləsinə yüksəlib, "Hapoel Beer-Şeva" isə 1 xalla 33-cü sırada qərarlaşıb.

Hadisə ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da "Beşiktaş"ın prezidenti Sərdal Adalı ilə telefonla danışıb. O, prosesin gedişini izlədiyini bildirərək kluba və azarkeşlərə keçmiş olsun arzularını çatdırıb.